Hindistanda koronavirus xəstələrinin sayı 15 min nəfəri ötdü

Hindistanda koronavirus xəstələrinin sayı 15 min nəfəri ötdü Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 1,3 min nəfər təşkil edib.
Digər ölkələr
269
19 Aprel , 2020 09:49
Hindistanda koronavirus xəstələrinin sayı 15 min nəfəri ötdü

Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 1,3 min nəfər təşkil edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, bununla da ölkədə koronavirus xəstələrinin sayı 15 712 nəfərə çatıb.

Hazırda 12 974 nəfər müalicə edilir, virusa yoluxmuş 2 230 nəfər sağalıb, 507 nəfər pandemiyanın qurbanı olub.

Nazirlik ölkənin koronavirusa yoluxmanın ən çox qeydə alındığı 170 rayonunu “qaynar nöqtə” elan edib. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi