Hindistanda kimyəvi zavodda partlayış olub, ölənlər var

Hindistanda kimyəvi zavodda partlayış olub, ölənlər var Bakı. 12 sentyabr. REPORT.AZ/ Hindistanın şimalındakı Bicnor şəhərində kimyəvi zavodda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.
Digər ölkələr
12 Sentyabr , 2018 11:19
Hindistanda kimyəvi zavodda partlayış olub, ölənlər var

Bakı. 12 sentyabr. REPORT.AZ/ Hindistanın şimalındakı Bicnor şəhərində kimyəvi zavodda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Yaralılar xəstəxanada ağır vəziyyətdədirlər. Polisin məlumatına görə, hadisəyə səbəb qaz balonunun partlaması olub və bundan sonra binanın içərisində güclü yanğın başlayıb.

Partlayış zamanı ölən və yaralananların hamısı zavod işçiləri olub.

Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. Lakin hələlik yanğını lokallaşdırmaq mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi