Yuxarı
    Bağlamaq

    Hindistanda kilsə bayramından sonra zəhərlənmə olub: 9 ölü, 200 yaralı

    İki yüzə yaxın sakin qidadan zəhərlənib© Foto: Flickr

    Bakı. 31 may. REPORT.AZ/ Hindistanda dini mərasimdə ibadətdən sonra 9 nəfər qidadan zəhərlənərək ölüb.

    "Report" xəbər verir ki, bu barədə "RİA Novosti" "Indian Express"ə istinadən xəbər verib.

    Xəbərdə bildirilir ki, hadisə Meqhalay ştatında baş verib. Hadisə zamanı həmçinin yüzlərlə insan zəhərlənib.

    "Yeddisi yeniyetmə yaşlarına çatmamış şəxs olmaqla, səkkiz nəfər Nongkya kəndində qidadan zəhərlənərək ölüb" – deyə dairə komissarının müavini bildirib. Bildirilir ki, sakinlər düyü və donuz ətini yeyiblər.

    Hindistanın Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurunun sözlərinə görə, yeniyetmə yaşına çatmamış daha 1 nəfər Umsninq şəhərində ölüb. Məlumatda həmçinin bildirilir ki, 200-ə yaxın sakin qidadan zəhərlənib. Onların əksəriyyəti xəstəxanaya yerləşdirilib.

    Qida nümunələri Quaxati şəhərindəki tibbi laboratoriyaya göndərilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi