​Hindistanda istidən ölənlərin sayı 500 nəfərə çatıb

​Hindistanda istidən ölənlərin sayı 500 nəfərə çatıb Andxra-Pradeş ştatın da istlik 47 dərəcə olub
Digər ölkələr
25 May , 2015 09:50
​Hindistanda istidən ölənlərin sayı 500 nəfərə çatıb

Bakı. 25 may. REPORT.AZ/ Son 4 gündə Hindistanın Andxra-Pradeş və Telanqana şəhərlərindəki anomal istilər nəticəsində ölənlərin sayı 500 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu haqda "Times of İndia" məlumat yaylb.

Xəbərə görə, ən yüksək temperatur Andxra-Pradeş ştatının Maçilipatnam və Tuni şəhərlərində qeydə alınıb. Bu ştatda istlik 47 dərəcə olub.

Meteoroloqlar yaxın günlərdə havanın temperaturunun yüksəlməyəcəyini bildirib.

Qeyd edək ki, Hidistanda adətən aprel - may aylarında hava şəraiti quru və isti olur. 

Son xəbərlər

Orphus sistemi