Hindistanda infeksiyadan ölənlərin sayı 7 775-ə çatıb

Hindistanda infeksiyadan ölənlərin sayı 7 775-ə çatıb Hindistanda son sutkada koronavirusdan 57 nəfər ölüb.
Digər ölkələr
25 Aprel , 2020 10:56
Hindistanda infeksiyadan ölənlərin sayı 7 775-ə çatıb

Hindistanda son sutkada koronavirusdan 57 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi yayıb.

Bildirilib ki, infeksiyadan ölənlərin sayı 7 775-ə çatıb. Son sutkada 1 400-dən çox insan virusa yoluxub. Bununla da yoluxanların sayı 24 506 nəfər olub. Son sutkada 314 nəfər sağalıb. Ölkə üzrə onların sayı 4 748-ə yüksəlib.

Hindistanın baş naziri Narendra Modi martın 25-dən tətbiq edilən özünütəcrid rejiminin müddətini mayın 3-dək uzadıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi