Hindistanda ikinci koronavirusa yoluxma qeydə alınıb

Hindistanda ikinci koronavirusa yoluxma qeydə alınıb Hindistanın Kerala ştatında ikinci koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
Digər ölkələr
2 Fevral , 2020 09:50
Hindistanda ikinci koronavirusa yoluxma qeydə alınıb

Hindistanın Kerala ştatında ikinci koronavirusa yoluxma hadisəsi qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nаzirliyinə istinadən NDTV telekanalı bildirib.

"Yeni koronavirusa yoluxma ilə əlaqədar ikinci hadisə Keralada qeydə alınıb. Pasiyent Çindən səyahətdən qayıdıb. Onun vəziyyəti sabitdir və daim yoxlanılır", - nazirliyin bəyanatında qeyd edilir.

Qeyd edək ki, Hindistanda koronavirusa ilk yoluxma hadisəsi yanvarın 30-da Kerala ştatında qeydə alınıb. Həmin şəxs Çinin Uhan şəhərindən oxumağa gələn tələbədir.

Son xəbərlər

Orphus sistemi