​Hindistanda hərbi maşın karvanı hücuma məruz qalıb: 20 ölü, 11 yaralı

​Hindistanda hərbi maşın karvanı hücuma məruz qalıb: 20 ölü, 11 yaralı Hadisə avtomobil karvanının keçəcəyi yolda uzaqdan idarə edilən partlayıcı qurğunun partladılması nəticəsində baş verib
Digər ölkələr
4 İyun , 2015 19:34
​Hindistanda hərbi maşın karvanı hücuma məruz qalıb: 20 ölü, 11 yaralı

Bakı. 4 iyun. REPORT.AZ/ Hindistanın Manipur ştatının Çandel dairəsində hərbi maşın karvanını silahlıların partlatması nəticəsində azı 20 nəfər ölüb, 11 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

İlkin məlumata əsasən, hadisə avtomobil karvanının keçəcəyi yolda uzaqdan idarə edilən partlayıcı qurğunun partladılması nəticəsində baş verib.

Xəbərdə bildirilib ki, partlayışdan sonra maşın odlu silahdan atəşə tutulub və ona qumbara atılıb.

Hüquq-mühafizə orqanları hadisəni separatçı qruplaşmalardan birinin törətdiyini istsna etməyib.

Qeyd edək ki, Manipur ştatı Myanma (Birma) dövləti ilə həmsərhəddir. Bu əyalət özünün mədəniyyəti və ənənələri ilə Hindistanın başqa yerlərindən fərqlənir. 

Son xəbərlər

Orphus sistemi