Hindistanda hərbi təyyarə yoxa çıxıb

Hindistanda hərbi təyyarə yoxa çıxıb Hindistanın Corhat şəhərindən havaya qalxan ölkənin Hərbi Hava Qüvvələrinə məxsus An-32 hərbi-nəqliyyat təyyarəsi dispetçerlə əlaqəni itirib.
Digər ölkələr
3 iyun 2019 11:32
Hindistanda hərbi təyyarə yoxa çıxıb

Hindistanın Corhat şəhərindən havaya qalxan ölkənin Hərbi Hava Qüvvələrinə məxsus "An-32" hərbi-nəqliyyat təyyarəsi dispetçerlə əlaqəni itirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumatlı mənbələrə istinadən xəbər yayıb.

Bildirilib ki, göyərtədə 13 nəfər olub, təyyarə yerli vaxtla saat 12:25-də havaya qalxıb və Arunaçal-Pradeş ştatına istiqamətlənib.

Son xəbərlər

Orphus sistemi