Hindistanda fişəng fabrikində partlayış baş verib, 10 nəfər ölüb

Hindistanda fişəng fabrikində partlayış baş verib, 10 nəfər ölüb Partlayışdan sonra baş vermiş güclü yanğın müəssisənin istehsal sexini tamamilə sıradan çıxarıb
Digər ölkələr
4 İyul , 2018 14:32
Hindistanda fişəng fabrikində partlayış baş verib, 10 nəfər ölüb
0 : 00
0 : 00

Bakı. 4 iyul. REPORT.AZ / Hindistanın Telinqana ştatında yerləşən fişəng fabrikində partlayış baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 10 nəfər ölüb.

Partlayış və ardınca baş vermiş güclü yanğın müəssisənin istehsal sexini tamamilə sıradan çıxarıb. 

Şahidlərin sözlərinə görə, ölənlərin meyitləri dağılmış binadan xeyli kənarda tapılıb.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadaları cəlb olunub. 

Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Son xəbərlər

Orphus sistemi