Hindistanda etiraz aksiyaları zamanı 1200 nəfər saxlanılıb

Hindistanda etiraz aksiyaları zamanı 1200 nəfər saxlanılıb Nyu-Dehlidə Hindistan vətəndaşlığının verilməsi qanununa edilən dəyişikliklərə qarşı keçirilən etiraz aksiyaları zamanı son sutkada təqribən 1200 nəfər saxlanılıb.
Digər ölkələr
20 Dekabr , 2019 10:35
Hindistanda etiraz aksiyaları zamanı 1200 nəfər saxlanılıb

Nyu-Dehlidə Hindistan vətəndaşlığının verilməsi qanununa edilən dəyişikliklərə qarşı keçirilən etiraz aksiyaları zamanı son sutkada təqribən 1200 nəfər saxlanılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Times of India" qəzeti yazıb.

Məlumata görə, saxlanılanlar "Surcamal" və "Raciv Qandi" stadionlarına aparılıb, lakin səhər tezdən onların əksəriyyəti sərbəst buraxılıb. Onların arasında hökumətin qadağasına baxmayaraq, Hindistanın paytaxtında etiraz aksiyaları keçirmək üçün küçələrə çıxan müxalifət liderləri və bir çox başqa insanlar var.

Qeyd edək ki, bu aksiyalardan əvvəl hökumət ən böyük mobil operatorlara vətəndaşların zəng etmək, mobil internetdən istifadə, səsli və yazılı mesajlar göndərmək imkanlarını müvəqqəti məhdudlaşdırmağı tapşırıb. Ancaq bu gün səhərindən etibarən şəhərin əksər ərazilərində bu xidmətlər bərpa edilib.

Son xəbərlər

Orphus sistemi