Yuxarı
    Bağlamaq

    ​Hindistanda elektrik məftilinin yük avtomobilinin üstünə düşməsi nəticəsində 7 nəfər ölüb

    İnsident 20 nəfərdən çox sərnişin toydan qayıdarkən baş verib

    Bakı. 2 May. REPORT.AZ/ Hindistanın Telanqan ştatının Medak dairəsində elektrik məftilinin yük avtomobilinin üstünə düşməsi nəticəsində azı 7 nəfər ölüb, 15 nəfər xəsarət alıb. 

    "Report"un məlumatına görə, bu barədə "IANS" agentliyi məlumat yayıb.

    Məlumatda bilirilir ki, insident 20 nəfərdən çox sərnişin yük avtomobilində Nizamabad şəhərindən toydan qayıdarkən baş verib.

    Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib. Yaralıların 3-nün vəziyyəti ağırdır.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi