Hindistanda dini mərasim zamanı eyvan uçub, 3 ölü, 24 yaralı - VİDEO

Hindistanda dini mərasim zamanı eyvan uçub, 3 ölü, 24 yaralı - VİDEO Yaralılardan 4-nün vəziyyəti ağırdır
Digər ölkələr
25 Noyabr , 2016 21:32
Hindistanda dini mərasim zamanı eyvan uçub, 3 ölü, 24 yaralı - VİDEO

Bakı. 25 noyabr. REPORT.AZ/Hindistanda müsəlmanların dini mərasimi zamanı faciə baş verib.

"Report" "Lenta"ya istinadən xəbər verir ki, hadisə Uttar-Pradeş ştatının Bayramnaqar kəndində baş verib.

Belə ki, imam Hüseynin şərəfinə verilən ehsan mərasimi zamanı evlərdən birinin eyvanı tamaşaçıların üzərinə uçub. Nəticədə 3 nəfər həlak olub. 24 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan 4-ünün vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi