Hindistanda dəmir yolu stansiyasında basırıq yaranıb, 15 nəfər ölüb - VİDEO

Hindistanda dəmir yolu stansiyasında basırıq yaranıb, 15 nəfər ölüb - VİDEO Polis yaralılardan 20 nəfərin vəziyyətinin ağır olduğunu bildirib
Digər ölkələr
29 Sentyabr , 2017 11:43
Hindistanda dəmir yolu stansiyasında basırıq yaranıb, 15 nəfər ölüb - VİDEO

Bakı. 29 sentyabr. REPORT.AZ/ Hindistanın Mumbay şəhərində dəmir yolu stansiyasında yaranan basırıq nəticəsində azı 15 nəfər ölüb, 30 nəfər xəsarət alıb.

"Report" "ANI" agentliyinə istinadən xəbər verir ki, polis yaralılardan 20 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə bu gün səhər saatlarında metropolisin cənub hissəsində yerləşən Prabhadevi və Parel stansiyaları arasındakı yerüstü keçiddə baş verib.

Yerli KİV-in məlumatına görə, bu gün səhər saatlarından Mumbaya güclü leysan yağışı yağdığından sakinlər küçələrin su altında qalacağından və yollarda tıxacların yaranacağından çəkinərək qatardan istifadə etmək istəyiblər. Bu isə stansiyada izdiham və basırığın yaranmasına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi