Hindistanda daşqınlar səbəbilə 160-dan çox adam ölüb

Hindistanda daşqınlar səbəbilə 160-dan çox adam ölüb Hindistanın Assam və Bihar ştatlarında güclü musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində azı 166 nəfər ölüb.
Digər ölkələr
22 İyul , 2019 11:36
Hindistanda daşqınlar səbəbilə 160-dan çox adam ölüb

Hindistanın Assam və Bihar ştatlarında güclü musson yağışları nəticəsində baş verən daşqınlar nəticəsində azı 166 nəfər ölüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Bu bölgədə 10 milyondan çox insan təbii fəlakətdən zərər çəkib.

Səhərə olan məlumata görə, Biharda 102, Assamda isə 64 nəfər ölüb. Bir neçə nəfər isə itkin düşüb.

Daşqınlar iyulun əvvəlindən başlayıb, hazırda suyun səviyyəsi azalmağa başlayıb, amma vəziyyətin tam qaydaya düşməsi bir neçə həftə çəkə bilər. Biharda 7,2 milyondan, Assamda isə 3,8 milyondan çox adam daşqın zonasında qalır.

Güclü və göy gurultusu ilə müşayiət olunan musson yağışları həmçinin ildırımvurmalara səbəb olub. Son sutkada Hindistanın Uttar Pradeş ştatında 32 nəfər ildırımvurma nəticəsində ölüb, 13 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi