​Hindistanda daşqınlar nəticəsində ən azı 40 nəfər ölüb

​Hindistanda daşqınlar nəticəsində ən azı 40 nəfər ölüb 15 nəfər itkin düşmüş hesab olunur
Digər ölkələr
3 İyul , 2016 17:12
​Hindistanda daşqınlar nəticəsində ən azı 40 nəfər ölüb

Bakı. 3 iyul. REPORT.AZ/ Hindistanın şimalında leysan yağışları nəticəsindən yaranan sürüşmə və daşqınlar nəticəsində ən azı 40 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə bazar günü NDTV telekanalı məlumat yayıb.

Təbii fəlakət hələ cümə günü Hindistanın iki şimal ştatına - Uttarakxand və Arunaçal-Pradeşə üz verib.

Son məlumatlara görə, Uttarakxandda 29 nəfər ölüb, 15 nəfər itkin düşüb. Arunaçal-Pradeşin Qərbi Kamenq dairəsində sürüşmə nəticəsində 10 nəfər həyatını itirib.

Son xəbərlər

Orphus sistemi