Hindistanda daşqınlar nəticəsində 37 nəfər ölüb

Hindistanda daşqınlar nəticəsində 37 nəfər ölüb Bakı. 12 avqust. REPORT.AZ/ Hindistanın Kerala ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.
Digər ölkələr
12 Avqust , 2018 03:22
Hindistanda daşqınlar nəticəsində 37 nəfər ölüb

Bakı. 12 avqust. REPORT.AZ/ Hindistanın Kerala ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 37 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Bildirilir ki, daşqınlardan zərər çəkən rayonlardan 15,6 min nəfərdən çox insan təxliyyə olunub və ştatda zərərçəkənlərə təcili yardımın göstərilməsi üçün 500-dən çox düşərgə salınıb.

Keralada daşqınlara çərşənbə günü başlayan və bu günə kimi davam edən leysan yağışları səbəb olub. Aşağı yerlərdə yerləşən bəzi yaşayış məntəqələri tamamilə su altında qalıb.

Son xəbərlər

Orphus sistemi