Hindistanda çörəkxanada partlayış olub, üç nəfər ölüb

Hindistanda çörəkxanada partlayış olub, üç nəfər ölüb Partlayışın qurbanları çörəkxananın əməkdaşları olub
Digər ölkələr
18 Avqust , 2016 10:17
Hindistanda çörəkxanada partlayış olub, üç nəfər ölüb

Bakı. 18 avqust. REPORT.AZ/ Hindistanın paytaxtı Nyu Dehlidə yerləşən çörəkxanada baş verən partlayış nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, partlayış baş verən çörəkxana paytaxtın şərq hissəsindədir. Partlayışın qurbanları çörəkxananın əməkdaşları olub.

Partlayışdan qısa müddət sonra hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları gəlib. Yaralılar xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar istintaq başlayıb.

Son xəbərlər

Orphus sistemi