Hindistanda BRICS-in sammiti keçirilir

Hindistanda BRICS-in sammiti keçirilir Xəbərə görə, toplantının sonunda BRİKS liderləri "Qoa qətnaməsi və fəaliyyət planı"nı imzalayacaqlar
Digər ölkələr
15 Oktyabr , 2016 11:14
Hindistanda BRICS-in sammiti keçirilir

Bakı. 15 oktyabr. REPORT.AZ/ Hindistanın Qoa ştatında "BRICS"-in zirvə toplantısı keçirilir.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, sammitdə iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putin Hindistana səfər edib.

İnfromasiyaya görə, sammit iki gün, oktyabrın 15-16-də keçiriləcək.

Sammitdə terrorçuluğa qarşı mübarizə, Yaxın və Orta Şərqdəki vəziyyət, habelə energetika sahəsində əməkdaşlıq məsələlərinin də müzakirə ediləcəyi gözlənilir. Xəbərə görə, toplantının sonunda BRICS liderləri "Qoa qətnaməsi və fəaliyyət planı"nı imzalayacaqlar.

Məlumatda bildirlib ki, zirvə toplantısından əvvəl dövlət başçıları ikitərəfli görüşlər keçirəcəklər.

Rusiya prezidenti Hindistanın baş naziri Narendra Modi ilə görüşüb. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, tərəflər arasında nüvə energetika sahəsinə əməkdaşlıq məsələsi müzakirə edilib.

Qeyd edək ki, "BRICS" abreviaturası Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrikanın ingiliscə baş hərflərindən yaranıb (ingiliscə Brazil, Russia, India, China, South Africa).

Son xəbərlər

Orphus sistemi