Hindistanda bənd dağılıb, 6 nəfər ölüb

Hindistanda bənd dağılıb, 6 nəfər ölüb Hindistanın Maharaştra ştatındakı Tivare bəndinin dağılması nəticəsində azı 6 nəfər ölüb, 18 nəfər itkin düşüb.
Digər ölkələr
3 İyul , 2019 11:28
Hindistanda bənd dağılıb, 6 nəfər ölüb

Hindistanın Maharaştra ştatındakı "Tivare" bəndinin dağılması nəticəsində azı 6 nəfər ölüb, 18 nəfər itkin düşüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Hadisə dünən gecə Mumbaydan, təxminən, 280 kilometr uzaqlıqda baş verib.

İlkin məlumatlara görə, qəzaya iyunun 30-dan regionu cənginə alan və hələ də davam edən leysan yağışları səbəb olub. Ştat rəsmilərinin hesablamalarına görə, yalnız son 12 saatda Mumbay şəhərində 300-400 milimetr yağış düşüb. Bu isə son on ilin rekord göstəricisidir.

Son xəbərlər

Orphus sistemi