Hindistanda baş vermiş yol qəzasında 16 nəfər ölüb, 50 nəfər yaralanıb

Hindistanda baş vermiş yol qəzasında 16 nəfər ölüb, 50 nəfər yaralanıb Hadisə sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi və ehtiyatsızlığı səbəbindən baş verib
Digər ölkələr
26 Fevral , 2017 14:36
Hindistanda baş vermiş yol qəzasında 16 nəfər ölüb, 50 nəfər yaralanıb

Bakı. 26 fevral. REPORT.AZ/ Hindistanda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnmiş ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "Hindustan Times" nəşri xəbər verib.

Məlumatda bildirilir ki, insanları daşıyan yük avtomobili Meqhalaya ştatında aşıb. Nəticədə 16 nəfər ölüb, təxminən 50 nəfər xəsarət alıb. 

Hadisə Nonsprunq yaşayış məntəqəsi ərazisində, Kxasi dağlarının qərb hissəsində baş verib. Sərnişinləri daşıyan yük avtomobili məbəd istiqamətində hərəkət edirmiş.

Hadisənin sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi və ehtiyatsızlığı səbəbindən baş verdiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi