Bakı. 13 dekabr. REPORT.AZ/ Hindistanda ağır yol qəzası baş verib.
"Report"un məlumatına görə bu barədə "TASS" agentliyi Madhya-Pradeş ştatının polisinə istinadən xəbər verib.
Məlumata görə, hadisə Racqarx şəhərində qeydə alınıb. Belə ki, içində imtahandan qayıdan məktəblilərin olduğu mikroavtobus Racqarx şəhərindən Xirankxedi kəndinə doğru hərəkət edərkən qarşıdan gələn avtomobillə toqquşub.
Nəticədə hər iki nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində 5 məktəbli də daxil olmaqla 11 nəfər hadisə yerindəcə ölüb. Daha 1 nəfər isə xəstəxanada dünyasını dəyişib.
Hadisə zamanı xəsarət almış 4 nəfər xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.