Hindistanda baş vermiş yanğında 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Hindistanda baş vermiş yanğında 3 nəfər ölüb, 10 nəfər yaralanıb Hadisəyə qısaqapanma səbəb olub
Digər ölkələr
2 Noyabr , 2016 08:10
Hindistanda baş vermiş yanğında 3 nəfər ölüb, 10 nəfər yaralanıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Hindistanın paytaxtı Dehli şəhərində güclü yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə "NDTV" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Şahdar rayonunun şərq hissəsində, avtomobil dayanacağında qeydə alınıb. Yanğın zamanı azı 3 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb.

Hadisəyə qısaqapanma səbəb olub.Yanğın söndürülüb və yaralılar xəstəxanalara yerləşdirilib. 

Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. 

Son xəbərlər

Orphus sistemi