Kəşmirdə baş vermiş toqquşmalar zamanı 63 polis əməkdaşı xəsarət alıb

Kəşmirdə baş vermiş toqquşmalar zamanı 63 polis əməkdaşı xəsarət alıb İğtişaşlar güc strukturlarının keçirdiyi xüsusi əməliyyat zamanı yaranıb
Digər ölkələr
28 Mart , 2017 22:57
Kəşmirdə baş vermiş toqquşmalar zamanı 63 polis əməkdaşı xəsarət alıb
Foto: AFP

Bakı. 28 mart. REPORT.AZ/ Hindistanın Cammu və Kəşmir ştatlarında baş vermiş toqquşmalar nəticəsində 63 polis əməkdaşı xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "ANİ" agentliyi polis qüvvələrinin nümayəndəsinə istinadən xəbər verib.

İnsident Budqam dairəsində, Çadura yaşayış məntəqəsi ərazisində baş verib. İğtişaşlar güc strukturlarının keçirdiyi silahlıların yaxalanması üzrə xüsusi əməliyyat zamanı yaranıb. Belə ki, yaraqlılar onlara atəş açıblar, nəticədə dava başlayıb. Lakin yerli sakinlər güc strukturlarının xüsusi əməliyyatına mane olmağa çalışaraq onları daşa basmağa başlayıblar.

Xüsusi xidmət orqanlarının əməkdaşları yerli əhalidən ibarət aqressiv kütləyə qarşı güc tətbiq etməyə məcbur olub.

Qeyd edək ki, ilkin məlumatda üç dinc vətəndaşın öldürüldüyü və bir silahlının zərərsizləşdirildiyi bildirilirdi. Həm etirazçılar, həm də polis tərəfdən zərərçəkənlərin ümumi sayı təxminən 80 nəfərdir.

Əməliyyat artıq başa çatıb. 

Son xəbərlər

Orphus sistemi