​Hindistanda baş vermiş qarşıdurmalarda 14 nəfər ölüb, 40 nəfər yaralanıb

​Hindistanda baş vermiş qarşıdurmalarda 14 nəfər ölüb, 40 nəfər yaralanıb Dini qrupun 3 minə yaxın fəalı Uttar-Pradeş ştatındakı parkı zəbt edib
Digər ölkələr
3 İyun , 2016 08:41
​Hindistanda baş vermiş qarşıdurmalarda 14 nəfər ölüb, 40 nəfər yaralanıb

Bakı. 3 iyun. REPORT.AZ/ Hindistan polisinin Matxur şəhərindəki parkın ərazisini zəbt etmiş şəxslərə qarşı mübarizəsi zamanı ən azı 14 nəfər ölüb, 40 müxtəlif bədən xəsarəti alıb. "Report"un məlumatına görə, bu haqda yerli mətbuat xəbər yayıb.

Məlumata görə, dini qrupun 3 minə yaxın fəalı Uttar-Pradeş ştatındakı parkı zəbt edərək ərazini 3 il ərzində tərk etməkdən imtina edib. Polis parkı azad etmək haqqında məhkəmə qərarından sonra dini qrupun fəallarını buradan çıxarmağa çalışıb. Bu zaman radikal dini qrupun fəalları polisə qarşı inadlı müqavimət göstəriblər.

Onlar əvvəlcə polisə daş atıblar. Daha sonra asayiş keşikçilərinə odlu silahlardan atəş açılıbl Dəyənəkdən istifadə edən polis də müqavimətçilərə qarşı silah işlətmək məcburiyyəti ilə üzləşib. Qarşıdurmalar zamanı əvvəlcə bir polis əməkdaşı başından güllə yarası alaraq ölüb, daha sonra digər asayiş keşikçisi ağır xəsarətdən dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, xəsarət almış 40 nəfərin yarısı asayiş keşikçiləridir. Bəzi məlumatlara görə, parkın ərazisini zəbt etmiş şəxslərdə partlayıcı maddələr də var.

"New Indian Express"ın məlumatına görə, "Azad Bharat Vidhik Vaicharik Kranti Satyagrahi" dini qruplaşmasının üzvləri baş verənlərə etiraz əlaməti olaraq parkın ərazisini zəbt ediblər. 

Son xəbərlər

Orphus sistemi