Hindistanda baş vermiş atışmada 18 silahlı öldürülüb

Hindistanda baş vermiş atışmada 18 silahlı öldürülüb Əməliyyat zamanı həmçinin 2 polis əməkdaşı da yaralanıb
Digər ölkələr
25 Oktyabr , 2016 05:18
Hindistanda baş vermiş atışmada 18 silahlı öldürülüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Hindistanın şərqi Odişa ştatında polislə silahlı qruplaşma üzvləri arasında baş vermiş atışmada 18 cinayətkar öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, atışma Malkanqri rayonunda – Odişa-Bxubaneşvar ştatının mərkəzindən 650 kilometr cənub-qərbdə baş verib. "Bu gün Andxra-Pradeş və Odişinin birləşmiş xüsusi polis dəstələri azı 18 naksaliti məhv ediblər" – deyə polis məmuru bildirib.

Onun sözlərinə görə, atışma birgə komandanın meşə ərazisində axtarış əməliyyatı apararkən, gecə saatlarında baş verib. Əməliyyat zamanı həmçinin 2 polis əməkdaşı da yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, naksalitlər Hindistanda silahlı kommunistlərin, maosistlərin qeyri-rəsmi adıdır.

Son xəbərlər

Orphus sistemi