Hindistanda daşqın qurbanlarının sayı 222 nəfərə çatıb

Hindistanda daşqın qurbanlarının sayı 222 nəfərə çatıb Təbii fəlakət nəticəsində 3 milyondan çox insan zərər çəkib
Digər ölkələr
10 Sentyabr , 2016 22:54
Hindistanda daşqın qurbanlarının sayı 222 nəfərə çatıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Hindistanın şərqindəki Bihar ştatında baş verən daşqınların qurbanlarının sayı 222 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli "NDTV" telekanalı məlumat yayıb.

Məlumata görə, daşqınlar nəticəsində 3 milyondan çox insan və 1725 kənd zərər çəkib. Ştatın 12 rayonundan 400 minə yaxın insan təxliyə olunub.

Yerli hakimiyyət orqanları 300-dən çox sığınacaq təşkil ediblər.

Qeyd edək ki, bu gün səhər Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarədən yayılan məlumatda ölənlərin sayının 216 nəfər olduğu bildirilirdi.  

Son xəbərlər

Orphus sistemi