Mumbayda taxta daxmaların uçması nəticəsində ölənlərin sayı 18-ə çatıb, 69 nəfər yaralanıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, məlumatı ANİ agentliyi yayıb.
Bildirilib ki, iyunun 30-da Hindistanın Maxaraştra ştatında yağan leysan yağışları iyulun 2-də də davam edib. Mumbayda dəmir yol və aviasiya reyslərinin qrafiki ciddi şəkildə pozulub. Hindistanın bu iqtisadi rayonuna yüzdən artıq uçuş təxirə salınıb.
*** 04:41
Hindistanda divarın barakların (taxtadan tikilmiş müvəqqəti binaların –red) üstünə uçması nəticəsində 12 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ANI agentliyi bildirib.
Qeyd edilir ki, hadisə ölkənin qərbindəki Maharaştra ştatının Mumbay şəhərində baş verib. Divarın barakların üstünə aşması nəticəsində daha 13 nəfər yaralanıb.
Məlumata görə, hadisəyə güclü musson yağışları səbəb olub. Barakların dağıntıları altında digər sakinlərin də qala bilməsi ehtimal edilir. Hadisə yerində xilasetmə işləri aparılır.
Agentliyin məlumatına görə, bütün zərərçəkənlər xəstəxanalara çatdırılıb. Axtarış əməliyyatları davam etdirilir.