Hindistanda bank mühafizəçisi maskasız müştəriyə atəş açıb

Hindistanda bank mühafizəçisi maskasız müştəriyə atəş açıb Hindistanda bankın mühafizəçisi qoruyucu maska geyməkdən imtina edən müştəriyə atəş açıb.
Digər ölkələr
27 İyun , 2021 02:21
Hindistanda bank mühafizəçisi maskasız müştəriyə atəş açıb

Hindistanda bankın mühafizəçisi qoruyucu maska geyməkdən imtina edən müştəriyə atəş açıb.

“Report” xəbər verir ki, bu barədə “India Today” bildirib.

Hadisə Uttar-Pradeş ştatında olub. Dəmir yolu işçisi Raceş Kumar qoruyucu maskasız banka daxil olmağa çalışıb. Bu, mühafizəçi ilə münaqişəyə səbəb olub. Bank işçisi tapançasını çıxararaq, müştəriyə atəş açıb.

Hadisə nəticəsində xəsarət alan müştəri xəstəxanaya yerləşdirilib, o, şüursuz vəziyyətdədir. Mühafizəçi saxlanılıb.

Son xəbərlər

Orphus sistemi