​Hindistanda azı 30 nəfər fırtınanın qurbanı olub

​Hindistanda azı 30 nəfər fırtınanın qurbanı olub Təbii fəlakət Bihar ştatının üç rayonunda baş verib
Digər ölkələr
22 Aprel , 2015 13:48
​Hindistanda azı 30 nəfər fırtınanın qurbanı olub

Bakı. 22 aprel. REPORT.AZ/ Hindistanın şərqində, Bihar ştatında baş verən fırtına nəticəsində 30-dan çox insan ölüb, 80-dən çox sakin xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə yerli idarənin baş katibi bildirib.

Məlumata görə, təbii fəlakət Bihar ştatının üç rayonunda baş verib.

Əyalət hökuməti xilasetmə əməliyyatlarına başlanıldığını və ölənlərin ailəsinə 6,5 min dollara yaxın kompensasiya veriləcəyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi