Hindistanda avtomobil qəzası olub, toydan gələn 14 nəfər ölüb, 28 nəfər yaralanıb

Hindistanda avtomobil qəzası olub, toydan gələn 14 nəfər ölüb, 28 nəfər yaralanıb İlkin məlumata görə, hadisə sürücünün yuxulaması nəticəsində baş verib
Digər ölkələr
5 May , 2017 10:14
Hindistanda avtomobil qəzası olub, toydan gələn 14 nəfər ölüb, 28 nəfər yaralanıb

Bakı. 5 may. REPORT.AZ/ Hindistanda yük maşınının su kanalına düşməsi nəticəsində avtomobildəki sərnişinlərin 14-ü ölüb, 28 -i yaralanıb.

“Report” “Hindustan Times”a istinadən xəbər verir ki, hadisə ölkənin Uttar-Pradeş əyalətində olub.

İnformasiyaya əsasən, avtomobilin banındakı sərnişinlər toydan gəlirmiş.

İlkin məlumata görə, hadisə sürücünün yuxulaması nəticəsində baş verib. 

Qəzanın səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi