Hindistanda avtobusun törətdiyi yol qəzasında 8 nəfər ölüb

Hindistanda avtobusun törətdiyi yol qəzasında 8 nəfər ölüb Bakı. 22 oktyabr. REPORT.AZ/ Hindistanın qərbindəki Maharaştra əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 8 nəfər ölüb, 10-dan çox adam yaralanıb.
Digər ölkələr
22 Oktyabr , 2018 11:22
Hindistanda avtobusun törətdiyi yol qəzasında 8 nəfər ölüb
0 : 00
0 : 00

Bakı. 22 oktyabr. REPORT.AZ/ Hindistanın qərbindəki Maharaştra əyalətində avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 8 nəfər ölüb, 10-dan çox adam yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli polisdən hadisənin səhər saatlarında baş verdiyi bildirilib.

Məlumata görə, avtobus Auranqabad şəhərindən Pune şəhərinə gedərkən sürücü qəfildən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında park edilmiş yük maşınına çırpılıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Son xəbərlər

Orphus sistemi