​Hindistanda avtobusun körpüdən aşması nəticəsində 13 nəfər ölüb, 53 nəfər yaralanıb

​Hindistanda avtobusun körpüdən aşması nəticəsində 13 nəfər ölüb, 53 nəfər yaralanıb Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus çaya düşüb
Digər ölkələr
5 May , 2016 00:27
​Hindistanda avtobusun körpüdən aşması nəticəsində 13 nəfər ölüb, 53 nəfər yaralanıb

Bakı. 5 May. REPORT.AZ/ Hindistanın Çxattisqarx ştatında avtobusun körpüdən aşması nəticəsində ən azı 13 nəfər ölüb, 53 nəfər xəsarət alıb. "Report"un məlumatına görə, bu haqda hüquq-mühafizə orqanlarına istinadən "India Today" məlumat yayıb.

Xəbərdə bildirilir ki, insident Harxva şəhərindən Raypur istiqamətində hərəkət edən avtobusun sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsinin motosikllə toqquşmasının qarşısını alarkən baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus çaya düşüb. 

Yaralılardan 16-nın vəziyyəti ağırdır. Xəsarət alanlar Ambikapur rayon xəstəxanasına yerləşdirilib. 

Daha 37 nəfər isə Barlampurdakı yerli xəstəxanaya aparılıb. 

Son xəbərlər

Orphus sistemi