​Hindistanda avtobusun dərəyə düşməsi nəticəsində 15 nəfər ölüb

​Hindistanda avtobusun dərəyə düşməsi nəticəsində 15 nəfər ölüb Qəzaya səbəb sürücünün mobil telefonla danışması oluB
Digər ölkələr
21 May , 2016 01:48
​Hindistanda avtobusun dərəyə düşməsi nəticəsində 15 nəfər ölüb

Bakı. 21 May. REPORT.AZ/ Hindistanın şimalında ağır yol nəqliyyat hadisəsi baş verib. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, Ximaçal-Pradeş ştatının Çanba dairəsində sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində 15 nəfər ölüb, 30-dan çox sərnişin ağır bədən xəsarəti alıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürücünün mobil telefonla danışması olub. O, telefonla danışarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.

Nəticədə avtobus dərəyə düşüb və 7 nəfər hadisə yerindəcə ölüb. 

Bütün yaralılar xəstəxanalara çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi