Hindistanda yük avtomobili ilə avtobusun toqquşması nəticəsində 8 fəhlə ölüb, 54-ü yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis əməkdaşı bildirib.
Hadisə Qunada baş verib. Avtobus fəhlələri daşıyırmış. Fəhlələr Mumbaydan evlərinə, Uttar-Pradeş əyalətinin Unnao şəhərinə qayıdırmışlar.
Son zamanlar Hindistanda evlərinə qayıdan daxili miqranatların olduğu avtomobillər tez-tez qəzaya uğrayır. Ötən həftə Maxaraştra əyalətində relsin üzərinə uzanan, evlərinə qayıdan fəhlə miqrantların üstündən yük qatarı keçib. Nəticədə 16 fəhlə ölüb.
Qeyd edək k, fəhlə miqrantlar koronavirusla bağlı iş yerləri bağlandığı üçün evlərinə qayıdırlar.
Xatırladaq ki, Hindistanda 78 300 nəfər koronavirusa yoluxub, 2 549 pasiyent isə pandemiyanın qurbanı olub.