Hindistanda avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb, 26 nəfər yaralanıb

Hindistanda avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb, 26 nəfər yaralanıb Hindistanın şərqində Carkxand əyalətində avrtobusla yük maşının toqquşması nəticəsində azı 16 nəfər ölüb, 26 nəfər yaralanıb.
Digər ölkələr
5 yanvar 2022 12:32
Hindistanda avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb, 26 nəfər yaralanıb

Hindistanın şərqində yerləşən Carkxand əyalətində avtobusla yük maşınının toqquşması nəticəsində azı 16 nəfər ölüb, 26 nəfər yaralanıb.

“Report” “Times of India”ya istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Yaralılardan 3-nün vəziyyəti ağırdır. Polisin məlumatına görə, qatı duman olmasına baxmayaraq avtobus və yük maşını sürətlə hərəkət edirmiş.

Bildirilib ki, yük avtomobili maye qaz balonları daşıyırımış. Qəza nəticəsində qaz balonlarından partlayan olmayıb.

Son xəbərlər

Orphus sistemi