​Hindistanda avtobusla yük maşını toqquşub: 13 ölü, 30 yaralı

​Hindistanda avtobusla yük maşını toqquşub: 13 ölü, 30 yaralı Qəza hadisə yerindən qaçan avtobus sürücüsünün günahı üzündən baş verib
Digər ölkələr
17 Oktyabr , 2015 11:17
​Hindistanda avtobusla yük maşını toqquşub: 13 ölü, 30 yaralı

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün Hindistanın cənub-şərqindəki Andhra Pradeş ştatında baş verən yol qəzasında azı 13 nəfər ölüb, 30 insan yaralanıb.

"Report"un TASS-a istinadən məlumatına görə, yerli polis toy mərasimində iştirak edən 40 qonağın olduğu yük maşınının Prakas mahalında boş avtobusla toqquşduğunu xəbər verib: "13 nəfər hadisə yerində ölüb. Qəza hadisə yerindən qaçan avtobus sürücüsünün günahı üzündən baş verib".

Qeyd edək ki, yol qəzaları nəticəsində ölüm sayına görə Hindistan digər ölkələri qabaqlayır. 2014-ci ildə yol qəzaları 141 min insanın həyatına son qoyub. Hindistanda qəzalara səbəb olan ən geniş yayılmış qanun pozuntusunun sürət həddinin aşılması olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi