Yuxarı

​Hindistanda avtobus zəvvar qrupunu vurub, 7 nəfər ölüb

16 nəfər yaralanıb

Bakı. 8 avqust. REPORT.AZ/ Hindistanın şimalında yerləşən Ximaçal-Pradeş ştatında avtobusun zəvvar qrupunu vurması nəticəsində ən azı 7 nəfər ölüb, 16 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Şimal ştatı Pəncabdan olan böyük zəvvar qrupu yemək yemək üçün Kanqrada dairəsindəki məşhur Çintpurni məbədinə gedən yolda dayanıb. Həmin yol ilə hərəkət edən avtobusun isə əyləci xarab olub və o, gəldiyi sürətlə istirahət edən insan kütləsinin üzərinə çıxıb.

Hadisə yerində 7 nəfər ölüb, daha 16 nəfər yaralanıb, onlardan üçün ağır vəziyyətdədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi