Hindistanda avtobus yanıb, ölənlər var

Hindistanda avtobus yanıb, ölənlər var Hindistanın cənub-qərbindəki Kərnətəkə ştatı ərazisində sərnişin avtobusunda baş verən yanğın nəticəsində azı 5 nəfər, o cümlədən 3 uşaq (başqa məlumata görə iki uşaq və bir qadın) həlak olub, 30-dək sərnişin də xəsarət alıb.
Digər ölkələr
12 Avqust , 2020 17:38
Hindistanda avtobus yanıb, ölənlər var

Hindistanın cənub-qərbindəki Kərnətəkə ştatı ərazisində sərnişin avtobusunda baş verən yanğın nəticəsində azı 5 nəfər, o cümlədən 3 uşaq (başqa məlumata görə iki uşaq və bir qadın) həlak olub, 30-dək sərnişin də xəsarət alıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər magistral yolun Çitradurqa dairəsində, Bijapur şəhərindən Benqaluru istiqamətində gedən sərnişin avtobusunda baş verib.

Polisin məlumatına görə, yanğın mühərrikdə qısaqapanma üzündən baş verib. Həmçinin hadisə zamanı sürücünün qaçıb uzaqlaşdığı bildirilir.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi