Hindistanda avtobus qəzaya uğrayıb, 9 nəfər ölüb, 40-dan çox adam xəsarət alıb

Hindistanda avtobus qəzaya uğrayıb, 9 nəfər ölüb, 40-dan çox adam xəsarət alıb Bakı. 4 sentyabr. REPORT.AZ/ Hindistanda avtobus qəzaya uğrayıb.
Digər ölkələr
4 Sentyabr , 2018 20:55
Hindistanda avtobus qəzaya uğrayıb, 9 nəfər ölüb, 40-dan çox adam xəsarət alıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Hindistanda avtobus qəzaya uğrayıb. 

“Report”un “Hindustan Times” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimalındakı Uttar Pradeş ştatındakı Əligərha qəsəbəsində qeydə alınıb. 

Məlumata görə, avtobusun mikroavtobusla toqquşması nəticəsində aralarında məktəbdən evə qayıdan müəllimlərin də olduğu sərnişinlərdən 9 nəfər ölüb, 40-dan çox adam xəsarət alıb.

Avtobusdakı sərnişinlərin toydan qayıtdıqları bildirilir.

Son xəbərlər

Orphus sistemi