Yuxarı

Hindistanda avtobus qəzaya uğrayıb: 13 ölü, 16 yaralı

Sürücü avtobusun təkəri partladığından idarəetməni itirib və avtomobil suya düşüb

Bakı. 6 yanvar. REPORT.AZ/ Hindistanın şərqindəki Tripura ştatında ağır yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə ən azı 13 nəfər həyatını itirib, daha 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

"Report"un "Associated Press"ə istinadən verdiyi məlumata görə, hadisə Tripura şəhərindən 80 km uzaqlıqda baş verib. 

Məlumata görə, sürücü avtobusun təkəri partladığından idarəetməni itirib və avtomobil suya düşüb. 

Yerli polis 6 nəfərin qəza yerində, 7 nəfərin isə xəstəxanada həyatını itirdiyini açıqlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi