Yuxarı

​Hindistanda avtobus dərəyə aşıb, 8 nəfər ölüb

Qəza nəticəsində 19 nəfər yaralanıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Hindistanın şimalında sərnişin avtobusunun uçuruma düşməsi nəticəsində 8 nəfər ölüb, 19 nəfər yaralanıb.

“Report” xəbər verir ki, insident nəticəsində üç böyük, bir uşaq olmaqla 4 nəfər itkin düşmüş hesab olunur.

Ximaçal-Pradeş ştatı polisinin məlumatına görə, insident Rampur şəhərində 120 km. aralıda Himalay dağının ətəklərində baş verib.

Rampur şəhərindən Şimlu istiqamətində hərəkət edən sərnişin avtobusu körpüdən çaya aşıb. Polisin ehtimalına görə, bir neçə nəfərin cəsədini Satleca çayı apara bilər.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, insidentə səhər saatlarında yaranan duman ilə əlaqədar yolda görüntünün pis olması səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi