Yuxarı

​Hindistanda aviabazaya hücum nəticəsində 11 nəfər ölüb, 20-si yaralanıb

Əməliyyat zamanı 6 terrorçu zərərsizləşdirilib

Bakı. 3 yanvar. REPORT.AZ/ Hindistan Hərbi Hava Qüvvələrinin Pəncab ştatının Patxankotdakı bazasına terrorçu hücumu nəticəsində ən azı 11 nəfər ölüb, 20 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin daxili işlər nazirinin birinci müavini Raciv Mehrişi məlumat verib.

"HHQ heyəti arasında 6 ölən və 8 yaralanan var; milli təhlükəsizlik qüvvələri heyəti arasında 5 nəfər ölüb və 11 nəfər yaralanıb", - deyə o qeyd edib.

Mehrişinin sözlərinə görə, əməliyyat zamanı, həmçinin 6 terrorçu zərərsizləşdirilib. Baza ərazisində 2 nəfərə yaxın terrorçunun qalması ehtimalı var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi