Hindistanda ağır yol qəzasında 47 nəfər həlak olub

Hindistanda ağır yol qəzasında 47 nəfər həlak olub Hindistanın Madxya-Pradeş ştatında baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı 47 insan həlak olub
Digər ölkələr
16 Fevral , 2021 21:27
Hindistanda ağır yol qəzasında 47 nəfər həlak olub

Hindistanın Madhya-Pradeş ştatında baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı 47 insan həlak olub.

“Report” xəbər verir ki, bu barədə “Indian Express” qəzeti bildirib.

Qeyd edilir ki, hadisə Sidxi dairəsində baş verib. Sərnişinlərlə dolu avtobus su kanalına düşərək batıb.

Hadisə zamanı avtobusda 54 sərnişin olub. Onlardan yeddisi xilas edilib, digərləri itkin düşüb.

Yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdə axtarış-xilasetmə əməliyyatı fevralın 17-də bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi