Hindistanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Hindistanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var Bakı. 21 noyabr. REPORT.AZ/ Hindistanın Oriss ştatnda ağır yol qəzası olub.
Digər ölkələr
21 Noyabr , 2018 05:53
Hindistanda ağır yol qəzası olub, ölənlər və yaralananlar var

Bakı. 21 noyabr. REPORT.AZ/ Hindistanın Oriss ştatnda ağır yol qəzası olub.

Bu barədə "Report" "Hindustan Times"a istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Kattak şəhəri istiqamətində hərəkət edən, içində 40-dan çox sərnişinin olduğu avtobus 9 metr hündürlüyü olan körpüdən aşıb. Məlumata görə, buna səbəb sürücünün yola çıxan öküzə görə əyləci qəfil basması olub. Nəticədə avtobus yolun kənarındakı maneəyə çırpılaraq körpüdən aşıb.

Qəza zamanı azı 7 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Hadisənin başvermə səbəbi araşdırılır.

Son xəbərlər

Orphus sistemi