Hindistanda Beynəlxalq Aviasiya və Kosmos Sərgisi başlayıb

Hindistanda Beynəlxalq Aviasiya və Kosmos Sərgisi başlayıb Hindistanın cənubunda Banqalordakı Yelahanqa hərbi hava bazasında “Aero India 2025” Beynəlxalq Aviasiya və Kosmos Sərgisi işə başlayıb.
Digər ölkələr
10 fevral 2025 06:43
Hindistanda Beynəlxalq Aviasiya və Kosmos Sərgisi başlayıb

Hindistanın cənubunda Banqalordakı Yelahanqa hərbi hava bazasında “Aero India 2025” Beynəlxalq Aviasiya və Kosmos Sərgisi işə başlayıb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Qeyd olunub ki, sərgi çərçivəsində Nyu-Delhi hərbi avadanlıqların birgə istehsalı imkanlarını araşdırmaq və milyardlarla dollarlıq sövdələşmə variantlarını nəzərdən keçirmək niyyətindədir.

Tədbirdə, həmçinin Rusiya və ABŞ-nin beşinci nəsil iki perspektivli gizli qırıcısı - Rusiya “Su-57” və “Lockheed Martin (LMT.N) F-35 Lightning II” təqdim olunacaq.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, cümə gününə qədər davam edəcək tədbirdə 150-dən çox xarici şirkət iştirak edir. Təxminən 30 ölkənin müdafiə nazirləri və ya nümayəndələrinin gəlməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi