Yuxarı
    Bağlamaq

    Hindistanda 9 il əvvəl törədilən terroru təşkil etməkdə şübhəli bilinən şəxs tutulub

    O, hazırda Pakistanın Laxor şəhərində ev dustağıdır

    Bakı. 31 yanvar. REPORT.AZ/ Hindistanın Mumbay şəhərində 2008-ci ildə törədilən terror aktını təşkil etməkdə şübhəli bilinən din xadimi Hafiz Səid Pakistanda həbs edilib.

    “Report” BBC-yə istinadən xəbər verir ki, o, hazırda Pakistanın Laxor şəhərində ev dustağıdır.

    Məlumata görə, Hafiz Səid dəfələrlə terror aktı ilə heç bir əlaqəsi olmadığını bildirib. O, “Camaat ud-Dava” xeyriyyə təşkilatına başçılıq edir. BMT bu təşkilatı terrorçular siyahısına daxil edib. 2015-ci ildə Pakistan da onu terrorçu təşkilat olaraq tanıyıb.

    Xəbərdə bildirilib ki, Hafiz Səid ABŞ, Britaniya, Hindistan, Rusiya və başqa dövlətlərdə qadağan edilmiş terror təşkilatı kimi tanınan “”Leşkəre-Tayibə“nin qurucusudur.

    Qeyd edək ki, 2008-ci il noyabrın 26-da Mumbayda 10 silahlı silsilə terror aktı törədib. Onlar şəhərin küçələrində, iki mehmanxanada, vağzalda və yəhudi mərkəzində törətdikləri terror aktı nəticəsində 166 nəfər ölmüşdü. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi