Hindistanda 9 125 nəfər koronavirusa yoluxub

Hindistanda 9 125 nəfər koronavirusa yoluxub Hindistanda COVID-19 virusuna yoluxanlar hazırda 9 125 nəfərdir.
Digər ölkələr
141
13 Aprel , 2020 15:43
Hindistanda 9 125 nəfər koronavirusa yoluxub

Hindistanda COVID-19 virusuna yoluxanlar hazırda 9 125 nəfərdir.

“Report” xəbər verir ki, bu ölkənin Azərbaycandakı səfirliyinin yaydığı açıqlamaya görə, yoluxanlardan indiyədək 308 nəfər dünyasını dəyişib, 857 nəfər də sağalıb.

Martın 25-dən etibarən ölkədə ciddi karantin rejimi tətbiq olunub, sərhədlər bağlanıb.

Səfir Vanlalvavna Bavitlunq Hindistan hökumətinin 17 milyon fərdi qoruma vasitəsi, 21 milyon maska, 49 min də ağciyəri havalandırma cihazı sifariş verdiyini, ölkə boyu virusu aşkarlamaq üçün 223 laboratoriya açıldığını, təcili testlərin tətbiq olunduğunu diqqətə çatdırıb.

“Baş nazir yoxsullar və fermerlər üçün 22 milyard dollarlıq sosial yardım proqramını, səhiyyə üçün də 2 milyard dollarlıq sığorta planını təsdiq edib”, - deyə diplomat qeyd edib.

Son xəbərlər

Orphus sistemi