Hindistanda sürüşmə qurbanlarının sayı 46 nəfərə çatıb - YENİLƏNİB

Hindistanda sürüşmə qurbanlarının sayı 46 nəfərə çatıb - YENİLƏNİB Təbii hadisə zamanı daha 10 nəfər itkin düşüb
Digər ölkələr
13 Avqust , 2017 20:06
Hindistanda sürüşmə qurbanlarının sayı 46 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 13 avqust. REPORT.AZ/ Hindistanda Ximaçal-Pradeş ştatında sürüşmə zamanı azı 46 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə "ANI" agentliyi ştatın polisinə istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda 46 nəfərin cəsədi tapılıb. Axtarış-xilasetmə işləri davam etdirilir. 

Qeyd edək ki, hadisə Ximaçal-Pradeş ştatında, Mandi dairəsində baş verib. Sürüşmənin ölkə əhəmiyyətli avtomagistralda baş verdiyi bildirilir. Hadisə zamanı iki avtobus torpaq altında qalıb.


***11:12

Hindistanda 7 nəfər sürüşmənin qurbanı olub.

"Report"un məlumatına görə, bu barədə "İANS" agentliyi xəbər verib. 

Xəbərdə bildirilir ki, hadisə Ximaçal-Pradeş ştatında, Mandi dairəsində baş verib. Sürüşmənin ölkə  əhəmiyyətli avtomagistralda baş verdiyi bildirilir. Hadisə zamanı iki avtobus torpaq altında qalıb.

Təbii hadisə zamanı daha 10 nəfər itkin düşüb.

"Times of India" isə ölənlərin sayının 50 nəfər olduğunu bildirib. Hadisə yerində hakimiyyət orqanlarının və hərbçilərin də cəlb edildiyi axtarış-xilasetmə işləri aparılır. Qeyd olunur ki, ərazidə 5 nəfər xilas edilib. 

Son xəbərlər

Orphus sistemi