Hindistanda 60 min xəstə pandemiyadan ölüb

Hindistanda 60 min xəstə pandemiyadan ölüb Hindistanda son sutka ərzində 75 995 koronavirusa yoluxub.
Digər ölkələr
303
27 Avqust , 2020 06:48
Hindistanda 60 min xəstə pandemiyadan ölüb

Hindistanda son sutka ərzində 75 995 nəfər koronavirusa yoluxub.

“Report”un məlumatına görə, yoluxma sayının artması koronavirusun daha çox yayıldığı Mumbay, Nyu-Dehli və Çennai kimi şəhərlərində səhiyyə xidmətini çətin vəziyyətə salıb.

Həmçinin son sutka ərzində ölkədə həyatını itirən koronavirus xəstələrinin sayı 1 017 nəfər təşkil edib.

Hindistanda indiyədək 3 307 749  nəfər koronavirus infeksiyasına yoluxub, 60 629 nəfər isə COVID-19 xəstəliyi səbəbindən vəfat edib.

Hazırda Hindistan yoluxma hallarının sayına görə dünyada üçüncü yeri tutur.

Son xəbərlər

Orphus sistemi