Yuxarı
    Bağlamaq

    Hindistanda 500-dən çox qız uşağını zorlayan şəxs həbs edilib

    O, 5 uşaq atasıdır

    Bakı. 16 yanvar. REPORT.AZ/ Hindistanda 14 il ərzində yetkinlik yaşına çatmayan 500-dən çox qız uşağını zorlayan 38 yaşlı şəxs həbs edilib.

    “Report” TASS-a istinadən xəbər verir ki, bunu Dehli polisi bildirib.

    “O, bir qayda olaraq, 7-dən 10 yaşadək qızları hədəf seçdiyini etraf edib. Həmin şəxs məktəbdən evə tək gedən qızların qarşısını kəsib, yalandan atasının ona paltar və ya başqa bir əşya aldığını söyləyib, sonra adam olmayan yerə aparırırmış”, -deyə polis bildirib.

    Məlumata görə, həbs edilən Sunil Rastoqi 5 uşaq atasıdır. O, əvvəllər də yetkinlik yaşına çatmayan uşaqlara hədə-qorxu gəldiyinə görə 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi